Istek Group

Təhlükəsizlik və Ətraf Mühit


TƏHLÜKƏSİZLİK VƏ ƏTRAF MÜHİT


Sağlamlıq, Təhlükəsizlik va Ətraf Mühitin səmərəli və davamlı idarə olunması işimizin inkişafı üçün vacib bir təməldir. Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi müəssisənin digər dəyərləri olan, əməyin məhsuldarlığı, müştəri xidmətləri və məmnuniyyəti, həmçinin səmərəlilik kimi dəyərləri ilə eyni əhəmiyyətə malikdir. Fəaliyyətimizin hər sahəsinda sağlamlıq, təhlükəsizlik və ətraf mühit üzrə meyarları nəzərə almaqla hər cür risklərin qarşısının alınması, insanların sağlamlığının, mülkiyyətin va ətraf mühitin qorunması istiqamətində fəaliyyətlərimiz zamanı meydana çıxan risklərin idarə edilməsi və qiymətləndirilməsi, fəaliyyətimizin bütün aspektlərində davamlı inkişaf prinsiplərinin tətbiq edilməsi ən vacib meyarımızdır.