Istek Group

ISTEK GROUP

"Şirkət olaraq məqsəd nəinki ən yaxşı, həm də əfsanəvi müştəri xidmətinə sahib olmaqdır."


“İSTEK GROUP” əsas fəaliyyəti Bakıda və Azərbaycanın müxtəlif regionlarında məşhur Avropa istehsalçılarının məhsulları olan isitmə, soyutma, havalandırma və su təchizatı sistemlərinin satışı, quraşdırılması və servisindən ibarət olan şirkət olaraq 2011-ci ildə təsis edilmişdir. Hal-hazırda Xəzər bölgəsində və daha geniş ərazilərdə fəaliyyət göstərən bir sıra sürətlə inkişaf edən şirkətləri özündə birləşdirən genişmiqyaslı tikinti və quraşdırma işləri həyata keçirən tikinti şirkətidir.

10 ildən çoxdur ki, biz tikinti və mühəndislik sahəsi üzrə ən yüksək standartların tələblərinə əməl edərək sifarişçilərimizə yüksək keyfiyyətli tikinti-quraşdırma xidmətləri göstəririk.Korporativ təcrübəmiz və nüfuzumuz həmişə müştərilərimizin gözləntilərinin öhdəsindən gəlmək, müştərilərə bağlılıq və uğur üzərində qurulmuşdur.

  • TAG CONSTRUCTION

    TAG Construction, əsas fəaliyyət istiqaməti təmir, tikinti və dizayn işləri olan tikinti şirkətidir. Şirkət quruluşundan indiyədək çox sayda müxtəlif istiqamətli təmir-dizayn işlərinin sifarişini qəbul etmiş, proyektləri uğurla sona çatdırmış və dərin müştəri məmnuniyyəti ilə sahiblərinə təhvil vermişdir. Daim inkişafda olan şirkətimiz paytaxt Bakı ilə yanaşı regionlarda da fəaliyyətini həyata keçirməklə müştərilərini məmnun edir.

  • İSTEK MEP

    ISTEK MEP, su-kanalizasiya, elektrik, havalandırma, tüstüsovurma, soyutma və isitmə, qazanxana, yanğına nəzarət və yanğından mühafizə, hidrant, zəif axın (kamera, turniket və s.) sistemlərinin quraşdırılmasında ixtisaslaşmışdır. Təcrübəli mütəxəssisləri cəlb etməklə yaratdığımız işçi qrupları qeyd etdiyimiz işlər üzrə müştərinin arzu etdiyi sahələrdə – sənaye və iaşə sahələrində, xüsusi təyinatlı obyektlərdə, ev və villalarda, bina qarajlarında müştərinin istəkləri və normativ qaydalara uyğun olaraq görüləcək işin layihəsini qurur və keyfiyyətlə icra edirlər. İSTEK mühəndislik şirkəti qeyd olunan xidmətlər üzrə ASAN Xidmət, Fövqəladə Hallar və İqtisadiyyat Nazirlikərinin müvafiq lisenziyalarına malikdir.

  • MAGRO

    ISTEK Group şirkəti həmçinin mebel istehsalçısı kimi “MAGRO” brendi olaraq fəaliyyət göstərir. Mebel istehsalatı özü özlüyündə çətin proses sayılır. Çünki bu prosesdə vacib nüanslar mebelin həm estetik, həm də funksional keyfiyyətlərə uyğun dizayn olunmasıdır. 2007-ci ildən fəaliyyətə başlayan mebel fabrikimizdə istənilən növ keyfiyyətli mebel istehsalatı həyata keçirilir. Şirkət qarşısına qoyduğu bütün məqsədlərə çatmaq üçün məhsul portfelində çeşid çoxluğu, müasir və dəbdəbəli dizayn, keyfiyyətə nəzarət, satışdan sonrakı xidmət, müştəri yönümlülük kimi prinsipləri əsas meyar olaraq seçmişdir. Bizim assortimentimizdə mebel həllərinin müxtəlif versiyaları mövcuddur ki, bununla da asanlıqla ofis və ya yaşayış sahələrinizi təchiz edə bilərsiniz. “Magro mebel” istehsal sexində xüsusi hazırlanmış mebel, funksionallığı, rahatlığı və materialların keyfiyyəti ilə fərqlənir. Bizim peşəkar dizaynerlərimiz interyerinizə rahatlıqla uyğunlaşacaq və onu tamamlayacaq mebelləri yaradacaqlar.

LAYİHƏLƏR