Istek Group

KORPORATİV DƏYƏRLƏR


KORPORATİV DƏYƏRLƏR




Əsas Prinsipimiz


Biz ən yüksək beynəlxalq standartlara riayət edir, işimizdə ən yeni texnologiya və təcrübələrdən istifadə edirik. Biz müştərilərimizin yüksək gözləntiləri və tələblərini qarşılamaq üçün öz fəaliyyətimizi, sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi, keyfiyyətə nəzarət və təminatı, razılaşdırılmış qrafik çərçivəsində təhvil vermə, münasib qiymətlər və hər bir müştəriyə fərdi yanaşma əsas prinsipləri üzərində qurmuşuq. Biz bu prinsiplərə əməl etməklə, layihələri razılaşdırılmış büdcəyə uyğun olaraq vaxtlı-vaxtında həyata keçirməklə yanaşı məhsul və xidmətlərimizin yüksək keyfiyyətini də qoruyub saxlayırıq.



Missiya və Məqsədimiz


“İSTEK” şirkətlər qrupu mühəndislik, tikinti, təmir etmə və quraşdırma layihələrinin həyata keçirilməsi, eləcə də, rəqabətə davamlı qiymətlərlə ən yüksək keyfiyyətli məhsulların, materialların, avadanlıqların təmin edilməsi sahəsində geniş təcrübəyə malikdir. Bizim məqsədimiz İSTEK Şirkətlər Qrupunun müştərilərinin tələblərini qarşılamaq üçün öndə gedən tikinti, təmir, dizayn, mühəndislik və mebel istehlakçısı kimi fəaliyyət göstərməkdir. Keyfiyyət təminatı şirkətimizin ən vacib meyarlarından biridir. Gördüyümüz işlərin təhlükəsizliyi də, ən çox üstünlük verdiyimiz amillərdəndir. Bu gün bazarda rəqabətə davam gətirmək üçün fəaliyyətin bütün sahələrində peşəkarlıq İSTEK Group-un texnologiya və insan resursları sahələrində davamlı investisiyalara əsaslanan məşğuliyyət dairəsinin mahiyyətini təşkil edir.