Istek Group

Şirkət Haqqında

İSTEK GROUP


“İSTEK GROUP” əsas fəaliyyəti Bakıda və Azərbaycanın müxtəlif regionlarında məşhur Avropa istehsalçılarının məhsulları olan isitmə, soyutma, havalandırma və su təchizatı sistemlərinin satışı, quraşdırılması və servisindən ibarət olan şirkət olaraq 2011-ci ildə təsis edilmişdir. Hal-hazırda Xəzər bölgəsində və daha geniş ərazilərdə fəaliyyət göstərən bir sıra sürətlə inkişaf edən şirkətləri özündə birləşdirən genişmiqyaslı tikinti və quraşdırma işləri həyata keçirən tikinti şirkətidir.

Bazar ehtiyaclarına uyğun olaraq, hazırda “ İstek Group” MMC müştərilərimizə tikinti, təmir, mühəndislik və mebel istehsalı xidmətlərini təklif edən aparıcı podratçılardan biridir.

10 ildən çoxdur ki, biz tikinti və mühəndislik sahəsi üzrə ən yüksək standartların tələblərinə əməl edərək sifarişçilərimizə yüksək keyfiyyətli tikinti-quraşdırma xidmətləri göstəririk.

Bizim imkanlarımıza sənaye, yaşayış, ticarət və modul tipli binalarının, ofis obyektlərinin tikintisi və dizaynı işləri daxildir. “İstek Group” MMC, müştərilərin ehtiyaclarına uyğun olaraq layihə məsləhətçisi, dizayn, avadanlıq təchizatı, quraşdırma, təmir və hətta quraşdırmadan sonra servis daxil olmaqla hərtərəfli HVAC xidmətləri təklif edib, layihələndirməyə qadirdir.


Korporativ təcrübəmiz və nüfuzumuz həmişə müştərilərimizin gözləntilərinin öhdəsindən gəlmək, müştərilərə bağlılıq və uğur üzərində qurulmuşdur. Münasibətlərimizi dürüstlük, peşəkarlıq və keyfiyyət üzərində qururuq.

Sözügedən prinsiplərə uyğun olaraq məhsulların, xidmətlərin ən yüksək keyfiyyətini və genişləndirilmiş peşəkar təcrübəmizi qorumaqla danışıqlar büdcəsi daxilində layihələrin vaxtında həyata keçirilməsini təmin edirik. Həyata keçirdiyimiz və son 10 ildə başa çatan layihələrin əhəmiyyətli bir tarixçəsi var.

İstek Group, ISO 9001, ISO 14001 və ISO 45001 standartları altında işləyən sertifikalı bir tikinti şirkətidir.